Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisinin başa çatacağı tarix açıqlanıb AZƏRTAC

12.12.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 dekabr, AZƏRTAC

Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı bütün layihə işləri bitib və tikinti işləri davam etdirilir. Xəttin inşası ilə bağlı işlərin isə 60 faizi yerinə yetirilib. Tunellərin biri tam bitib, ikinci tunelin qazıntı işləri aparılır.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlaması zamanı deyib.

QSC sədri Bərdə-Ağdam layihəsində də yolun tamamlandığını əlavə edib.

“Hazırda Ağdam avtovağzal və dəmiryolu vağzalı kompleksinin tikintisi həyata keçirilir. Növbəti ilin avqustuna qədər kompleksin tikintisinin tamamlanması gözlənilir”, - deyə R.Rüstəmov qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью