Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bir vaxtlar “Ağdam” adı qədəhlərə dolub-boşalar, süfrələri bəzəyərdi. SSRİ-nin ən ucqar kəndlərinə qədər çatır, Ağdamı tanıdırdı. O ad təkcə içki deyildi - həm tanışlıq, həm də yaddaş idi.
Bu gün Ağdam yenidən tanınır.
Bu dəfə şərabla yox - ruhla.
Süfrələrdə yox - stadionlarda və hər yerdə.
Butulkanın üzərində yox - futbol köynəyində.
Bu gün Ağdamla, Qarabağla təkcə azərbaycanlılar deyil, bütün türk dünyası və islam aləmi qürur duyur.
Bu gün meydanda təkcə oyun yoxdur.
Meydanda tarixə yazılan bir ad var:
Ağdam - Qarabağ.
Və bu gün nəticədən asılı olmayaraq, hamımız o adın yanındayıq.
Uğurlar, Qarabağ!