Ağdam, Füzuli və Xocavənddə şəhid ailələrinin müraciətləri dinlənilib

08.11.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdam, 8 noyabr, AZƏRTAC

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları şəhid ailələrinin üzvləri ilə görüşlər keçiriblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşlər çərçivəsində şəhid ailələrinin üzvlərinin müraciətləri, onları narahat edən məsələlər və mövcud problemlər diqqətlə dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində müzakirələr aparılıb, müraciətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Bildirilib ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad edilir, onların ailələrinin sosial rifahının, qayğı və ehtiyaclarının diqqətdə saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Görüşlər zamanı şəhid ailələri ilə mütəmadi əlaqələrin saxlanılmasının, onların müraciətlərinə həssaslıqla yanaşılmasının və qaldırılan məsələlərin həlli istiqamətində zəruri addımların atılmasının vacibliyi vurğulanıb.

Müxbir – Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью