Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu gün Azərbaycanda Ağdam, noyabrın 25-də isə Kəlbəcər şəhər günləri qeyd olunacaq.
Bu əlamətdar günlərin təsis edilməsi 2020-ci ilin sentyabr-noyabr aylarını əhatə edən 44 günlük Vətən Müharibəsinin birbaşa nəticələrindən doğub.
Azərbaycan Ordusu tərəfindən Ermənistanın 2020-ci il sentyabrın 27-də təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatı 2020-ci il noyabrın 8-də böyük Zəfərlə başa çatdı.
Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu qəbul edən Ermənistan məcburiyyət qarşısında qalaraq noyabrın 10-da kapitulyasiya aktına imza atdı.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadəlti Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbələr Ermənistan hakimiyyətini imzaladığı kapitulasiya aktının şərtlərində də əksini tapdı.
Sənədin 2-ci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun işğal altında olan hissəsi, bəyanatın 6-cı bəndinə əsasən, 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonu Azərbaycana qaytarıldı.
Qeyd olunmalıdır ki, kapitulyasiya edən Ermənistan əvvəlcə Kəlbəcərin noyabrın 15-dək boşaldılacağı barədə öhdəlik götürsə də, sonradan rayon ərazisini tərk etmək üçün əlavə 10 gün möhlət istədi.