Ağdam məscidində 31 ildən sonra camaat namazı qılınacaq

07.11.2024

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Ağdam məscidində təmir-bərpa işlərinin yekunlaşmasından sonra ilk dəfə camaat namazı qılınacaq.

Ölkə.az xəbər verir ki, dini ayin 31 ildən sonra Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri çərçivəsində baş tutacaq.

Məlumata görə, Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Ali Erbaş Ağdam məscidində azan verəcək, daha sonra camaat namazı qılınacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью