Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Azərbaycan Prezidentinin Qarabağ bölgəsinə səfəri və Ağdamda gedən bərpa-quruculuq işləri ilə yerində tanış olması mühüm hadisədir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu səfərlər eyni zamanda işğaldan azad olunmuş ərazilərin bərpa və quruculuğu, o cümlədən soydaşlarımızın geri qayıtması ilə bağlı qəbul olunmuş dövlət proqramı çərçivəsində həyata keçirilir: "Bu işlər Prezident İlham Əliyev özü vaxtaşırı birbaşa işlərin gedişatı ilə tanış olmaqla həm özü ətraflı məlumata malik olub, eyni zamanda işlərin nəzərdə tutulan vaxtda yerinə yetirilməsi və soydaşlarımızın nəzərdə tutulan müddətdə qrafik üzrə geri qayıtmasını təmin etmək məqsədi daşıyır.
Ağdam strateji mövqeyinə görə Qarabağın giriş qapısı hesab edilir.
Ağdamda ən müasir standartlara cavab verən mehmanxananın inşası sürətlə dirçəldilən tarixi ərazilərimizin turizm potensialının inkişafına töhfə verəcək.
Ağdamda yeni yaşayış kompleksinin təməlinin qoyulmasına da Böyük Qayıdış konsepsiyası kontekstində yanaşmaq lazımdır.
Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa restavrasiya işləri həyata keçirilir.