Ağdam qəzasının təfərrüatı AÇIQLANDI

31.08.2025

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ağdamda baş vermiş yol qəzasının təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, Çəmənli kəndi ərazisində hərəkətdə olan olan "Toyota" markalı avtomaşın idarəetmədən çıxaraq öncə yol kənarındakı işıq dirəyinə və çəpərə çırpılıb.
Daha sonra "KİA" markalı minik maşını ilə toqquşub.
 

Hadisə nəticəsində ağır gərginlikli elektrik xəttinin çəpərə düşməsi nəticəsində yanğın baş verib. Yanğın FHN-in yerli yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Hadisə nəticəsində dörd nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Qəza səbəbindən kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью