Ağdam rayon sakini itkin düşüb

21.08.2025

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Ağdam rayon sakini 26 yaşlı Mahirə Hüseynova yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

AZXEBER.COM xəbər verir ki, M.Hüseynovanın əlamətləri: boyu 165 sm, orta bədən quruluşludur. Evdən çıxan zaman əynində qırmızı rəngli qısaqol gödəkçə, göy rəngli şalvar və çəhrayı rəngli ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Ağdam Rayon Polis Şöbəsinin (026) 325-02-02 şəhər nömrəsi və (050) 997-06-03 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью