Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
Ağcabədi rayonunda 8 kiloqram narkotik vasitə aşkarlanıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Ağdam rayon sakini E.Məmmədov saxlanılıb. Ondan 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, E.Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.