Ağdam sakini: Övladım öz dədə baba yurdunda, abad Ağdamda böyüyəcək

21.04.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdam, 21 aprel, AZƏRTAC

Otuz ildən artıq davam edən həsrətimizə son qoyulduğu, övladımla birlikdə doğma Ağdamımıza ayaq basdığım üçün çox xoşbəxtəm. Bizə bu qüruru yaşadan, dağılmış şəhərimizi yenidən qurub bizi müasir mənzillərlə təmin edən Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm. Bu yeni mənzillərin açarlarını təhvil almaq bizim üçün sadəcə ev sahibi olmaq deyil, həm də ləyaqətimizin və tarixi yaddaşımızın bərpasıdır.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bu gün növbəti köç karvanı ilə Ağdam şəhərinə qayıdan rayon sakini Tural Mirzəliyev deyib.

“Bu müqəddəs torpaqlara qayıda bilməyimiz üçün canından keçən şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyirəm, Uca Allahdan onlara rəhmət diləyirəm. Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinə, sağlamlığını itirən qazilərimizə bizə bu qələbəni və qayıdış sevincini bəxş etdikləri üçün minnətdarıq. Onların rəşadəti sayəsində yurd nisgili geridə qaldı, övladlarımız bundan sonra öz dədə-baba yurdlarında, azad və abad Ağdamda böyüyəcəklər”, - deyə o əlavə edib.

Müxbir – Tahir Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью