Ağdam sakini Xocalıda bədbəxt hadisə nəticəsində öldü

05.01.2026

Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xocalıda 53 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü.

“Unikal" xəbər verir ki, hadisə Xocalı rayon ərazisində baş verib.

Belə ki, Ağdam rayon sakini 1973-cü il təvəllüdlü Əliyev Nüşirəvan Əvəz oğlu Xocalı rayon ərazisində təmir bərpa işləri aparan zaman, onu elektrik cərəyanı vurub. 53 yaşlı N.Əliyev  hadisə yerindəcə həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью