Ağdam şəhər 1 nömrəli tam orta məktəbin inşası bu il başa çatacaq | Icma.az
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağdam, 20 fevral, Tahir Ağaməmmədov, AZƏRTACPrezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir.
Ağdam şəhərində inşa edilən 1 nömrəli tam orta məktəb və uşaq bağçası bunun daha bir nümunəsidir.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, ümumi sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbəli olmaqla 960 şagird yerlikdir.
Təməli 2021-ci ildə qoyulan məktəbin inşasının 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı, tibb və inzibati otaqlar olacaq.
160 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb.
Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur.
Tam oxu
Xəbəri oxu