Ağdam Şəhəri Günü: Bir güllə belə atılmadan işğaldan azad edilən rayon | Icma.az
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür.
Azərbaycanda Ağdam Şəhəri Günü ikinci dəfədir qeyd olunur. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il noyabrı
Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.
Belə ki, bu gün - noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür.
Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində Ağdam bir güllə atılmadan düşmən tapdağından azad olunub.
Belə ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu ölkəmizin əzəli torpaqlarının azadlığı uğrunda genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayıb.
Hərbi əməliyyatlar zamanı uzun illər işğal altında olan torpaqlar Azərbaycan Silahlı Qüvvələri tərəfindən kəndbəkənd, qarışbaqarış azad edilib.
Azad olunan hər bir kənd isə növbəti yaşayış məntəqəsindən düşmənin qovulması üçün strateji mövqeyə çevrilib.
Tam oxu
Xəbəri oxu