Ağdam Şəhəri Günü ilə bağlı virtual sərgi istifadəçilərə təqdim edilib AZƏRTAC

20.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Milli Kitabxanada “20 Noyabr - Ağdam Şəhəri Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənədlər, fotolar, Ağdam şəhəri, eləcə də rayonda aparılan bərpa-quruculuq işləri haqqında, Vətən müharibəsi və böyük Zəfəri əks etdirən kitablar, məqalələr və s. materiallar Azərbaycan, rus, ingilis dillərində nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Agdam_sheher_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью