Ağdam şəhərində 107 milyon manatlıq layihələrin icrasına başlanılır

17.01.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdam şəhərində 4 nömrəli yaşayış massivində yaşayış binalarının tikintisi ilə bağlı həyata keçirilən müvafiq işlər davam etdirilir.

Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şəhər ərazisində bərpa və yenidənqurma işləri sürətlə aparılır.

Belə ki, massivin 1, 2, 3, 4, 5 və 6-cı məhəllələri üzrə çoxfunksiyalı ortamərtəbəli yaşayış binalarının tikintisi işlərinə başlanılır.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti sözügedən məhəllələr üzrə yaşayış binalarının tikintisinin 107.2 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью