Azertag saytından alınan məlumata görə, Icma.az bildirir. Ağdam, 3 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC İşğaldan azad olunmuş Ağdam şəhərində
Keçmiş məcburi köçkünlərin doğma şəhərlərinə qayıdışı və layiqli həyat şəraiti üçün mühüm infrastruktur layihələri icra olunur, istehsal müə
AZƏRTAC-ın bölgə müxbiri 210 çarpayılıq Ağam Rayon Mərkəzi Xəstəxanası kompleksinin tikildiyi ərazidə olub, inşaat işləri ilə maraqlanıb.
Sahə mühəndisi Rövşən Hüseynov bildirib ki, 6,01 hektar torpaq sahəsində inşa edilən əsas xəstəxana binası zirzəmi və dörd mərtəbədən ibarətdir.
Əsas xəstəxana binasından əlavə, kompleksə Yoluxucu xəstəliklər və Hemodializ korpusları, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Təcili Tibbi Yardım Stansiyası üçün binalar da daxildir.
Artıq xəstəxananın C blokunda dəmir beton işləri yekunlaşıb.
A-1, A-2, A-4, B-1, B-2, E-1, E-2 bloklarında dəmir-beton işləri davam edir, C, E-1, E-2 bloklarında hörgü işləri aparılır.
Kompleksin ərazisində, həmçinin transformator yarımstansiyası, yeraltı içməli və yanğın üçün su anbarları, nəzarət buraxılış məntəqələri, oksigen məntəqəsi, Təcili yardım maşınlarının dezinfeksiya meydançası, yeraltı nasos stansiyası da yaradılacaq, yaşıllıqlar salınacaq.