Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ağdam, 4 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC Ağdam şəhərində tikintisi həyata keçirilən layihələrdən biri də dəmir yolu və avtovağzal kompleksidir.
AZƏRTAC-ın bölgə müxbiri Dəmir yolu və avtovağzal kompleksinin ərazisində olub, inşaat işləri ilə maraqlanıb.
Zirzəmi, üç mərtəbə və üçüncü mərtəbədə terrasdan ibarət olmaqla, layihələndirilən kompleks vahid nəqliyyat qovşağı şəklində milli arxitektura üslubunda dizayn edilir.
Kompleksin birinci mərtəbəsində dispetçer, həkim, elektrik mühəndisləri, rabitə mexanika otaqları, gözləmə zalları, bilet kassaları, tibb və polis məntəqələri, ana və uşaq otağı, əl yüklərini saxlama kamerası olacaq.
Sərnişinlər bu mərtəbədən həm qatarın perronuna, həm də avtobuslar üçün nəzərdə tutulmuş dayanacaqlara rahat keçid edə biləcəklər.
2-ci mərtəbədə dispetçer, mühasib, müdir, server otaqları və terras olacaq.
3-cü mərtəbədə isə mağazalar, uşaqlar üçün əyləncə zonası, boulinq zalı, kitabxana, restoran və istirahət guşələri yaradılacaq.Binanın tikintisində dəmir-beton işləri tamamlanıb.