Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş keçirilib AZƏRTAC | Icma.az
Icma.az bildirir, Azertag portalına istinadən. Ağdam, 20 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC 20 Yanvar şəhidlərinin xatirəsi işğaldan azad ol
Faciəsinin 35-ci ildönümü ilə əlaqədar Ağdam şəhərindəki Şəhidlər xiyabanına yürüş təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yürüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, ərazidə çalışan şirkət və qurumların işçiləri iştirak ediblər.
Yürüş iştirakçıları şəhidlərin adları əks olunan lövhənin önünə qərənfillər qoyub, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirələrini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar.
Şəhidlərin məzarları da ziyarət olunub, üzərinə gül dəstələri düzülüb.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu