Ağdam şəhərinə ilk köçün tarixi bəlli oldu

03.04.2025

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Ağdama ilk köçün nə zaman baş tutması ilə bağlı Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov AzTV-yə eksklüziv müsahibə verib.

Metbuat.az xəbər verir ki, hazırda ilk köçün Xıdırlı və Kəngərli kəndlərinə olması planlaşdırılır.

Xıdırlıda 719, Kəngərlidə isə 292 fərdi yaşayış evi tikilibdir.

Ağdam şəhərinin özünə isə oktyabr- noyabr aylarında ilk köç planlaşdırılır.

Emin Hüseynov onu da qeyd edib ki, şəhərə 2026-cı ilə qədər 20-25 min əhali köçürüləcəyi nəzərdə tutulub.

Ətraflı videoda:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью