Xalq qazeti saytına istinadən Icma.az xəbər verir. “İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası uğurl
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri bu bölgənin yaxın gələcəkdə Azərbaycanın yenidən inkişaf etmiş d
Xüsusilə də, Ağdam rayonunun bərpası istiqamətində görülən işlər valehedicidir.
Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın fevralın 18-də Ağdam şəhərinə növbəti səfərləri, həyata keçirilən genişmiqyaslı tikinti işləri ilə tanışlıq, açılış mərasimində iştirakları ilə əlamətdar oldu”.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Ağdam Azərbaycanın strateji əhəmiyyətə malik rayonlarındandır və zəngin tarixi-mədəni irsə malikdir: “Hələ 2020-ci il noyabrın 23-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdama səfər edərək bərpa işlərinin başlanğıcını elan etdilər.
2021-ci ildə növbəti səfəri zamanı cənab Prezident Ağdam şəhərinin yenidən qurulması üçün təməl daşını qoydu.
Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin iştirakı ilə keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi.