Ağdam Xankəndi dəmir yolu gələn il işə düşəcək

26.09.2025

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb". 

Moderator.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müavini Arif Ağayev Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişindaşımanın başlanmasına həsr olunmuş tədbirdə deyib.

A.Ağayev bildirib ki, Əsgəran və Xocalı stansiyalarının konsept layihələri hazırlanır:

"Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. 2026-cı ilin sonunadək həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Qarabağla yanaşı, Şərqi-Zəngəzur iqtisadi regionunda da dəmiryol infrastrukturu bərpa edilir. Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilmə işlərinin 84 %-i, tikinti-quraşdırma işlərinin isə 67 %-i yekunlaşıb".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью