Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bildirilib ki, emumi uzunluğu 30,8 kilometr olan dəmir yolu xətti boyunca 6 körpü, 5 avtomobil alt keçidi, 2 piyada keçidi və 47 ehtiyat keçid də daxil olmaqla, ümumilikdə 130 mühəndis qurğusunun inşası nəzərdə tutulur.
Məlumata əsasən, Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində isə tikinti işləri sürətlə davam etdirilir.
Qeyd olunub ki, Ağdam–Xankəndi dəmir yolunun istismara verilməsi Qarabağda nəqliyyat əlçatanlığının artırılmasına, regionun sosial-iqtisadi inkişafına, eləcə də Bakıdan Xankəndiyə “Böyük Qayıdış” prosesinin sürətlənməsinə mühüm töhfə verəcək.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Məlumata əsasən, Ağdam–Xankəndi dəmir yolu xətti üzrə inşa olunacaq Əsgəran və Xocalı stansiyalarının konsept layihələri artıq tamamlanıb. Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində isə tikinti işləri sürətlə davam etdirilir.