Ağdam Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanıldı | Icma.az
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Ağdam-Xankəndi dəmiryolunun layihələndirilməsinə başlanılıb.
"Unikal" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı bu gün Bakıda keçirilən Milli Biznes İnkişafı Forumunda deyib.
Onun sözlərinə görə, podratçı şirkət artıq seçilib. "Yaxın zamanlarda tikinti işlərinə başlanılacaq.
İki ilə layihənin tamamlanması planlaşdırılır", - o bildirib. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu