Ağdama növbəti köç karvanı gedib (Yenilənib)

22.06.2025

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Bu dəfə Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb.
Reyting.az
xəbər verir ki, bu mərhələdə Kəngərli kəndinə kəndinə 40 ailə - 154 nəfər köçürülüb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
***
Növbəti köç karvanı Ağdam rayonunun Kəngərli kəndinə çatıb.
Reyting.az
xəbər verir ki, bu mərhələdə doğma yurda qayıdan 154 nəfərdən ibarət 40 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью