Ağdamda 10 cu sinif şagirdi dərsə BURAXILMIR

12.05.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Ağdam rayon Birinci Yüzbaşılı kənd tam orta məktəbin 10-cu sinif şagirdi təhsil müəssisəsində nizam-intizam qaydalarına əməl etməyib, müəllimlərə qarşı uyğunsuz davranış nümayiş etdirib.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, təhsil müəssisəsində sağlam emosional mühitin gücləndirilməsi məqsədilə rayon təhsil sektoru tərəfindən şagird, valideyn və müəllimlərlə söhbət aparılıb, nizam-intizam qaydalarına əməl edilməsinin vacibliyi vurğulanıb, şagird hazırda dərslərdə iştirak edir.

Qeyd edək ki, bir neçə gün əvvəl sözügedən məktəblinin tədris prosesindən uzaqlaşdırılması ilə bağlı görüntülər yayılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью