Ağdamda 18 yaşlı qız sirkə turşusundan zəhərlənib

11.07.2026

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdamda 18 yaşlı qız sirkə turşusundan zəhərlənib.

Gununsesi.info -nun  xəbərinə görə, hadisə rayonun Əfətli kəndində baş verib. Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında su əvəzinə bilməyərəkdən sirkə turşusu içib.

Ailə üzvləri dərhal onu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Gənc qıza ilkin tibbi yardım göstərildikdən sonra müalicəsinin davam etdirilməsi üçün Bakıda yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(Teleqraf)

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью