Ağdamda 32 ildən sonra İLK Ən müasir SƏRNİŞİN QATARI görüntüləndi

26.04.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

32 ildən sonra Ağdamda ilk sərnişin qatarı görünüb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən layihələndirmə və tikinti işlərinə başlanılan Bərdə-Ağdam dəmiryol xəttinin yoxlanılması məqsədilə qatarla sınaq gedişi həyata keçirilib.

Kadrlardan da görünür ki, illər sonra işğaldan azad olunan Ağdama gedən ilk dəmiryol nəqliyyat vasitəsi ölkəyə yeni gətirilən FLIRT sərnişin qatarıdır.

Sözügedən sınağın videosunu təqdim edirik:

View this post on Instagram

A post shared by Oxu.Az (@oxuaz)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью