Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdamda 39 yaşlı kişi vəfat edib.
“Qafqazinfo”nun xəbərinə görə, rayonun 1986-cı il təvəllüdlü Şurabad kənd sakini Əsədov Murad Oruc oğlunun səhhəti pisləşib.
M.Əsədov yaxınları tərəfindən Bərdə Diaqnostika Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
Yaxınlarının verdiyi məlumata görə, 2-3 gün əvvəldən M.Əsədov göbələk yeyəndən sonra onda ağrılar başlayıb. Daha sonra görməsi pisləşib və ayaqlarında problem yaranıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı