Ağdamda 4 hərbçinin faciəli şəkildə öldüyü HADİSƏNİN TƏFƏRRÜATI

11.05.2026

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ağdamda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, Ağdam rayonu Çuxurməhlə kəndinin ərazisində Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü İsmayıl Abdulla oğlu Abbasovun idarə etdiyi VAZ-2106 markalı və Ağdam rayon sakini 1983-cü il təvəllüdlü Sadiq Rəfail oğlu Cəfərovun idarə etdiyi "Hyundai" toqquşub.
 

İ.Abbasov, sərnişinləri Ağdam rayon sakinləri - 1990-cı il təvəllüdlü Faiq Xanqulu oğlu Mehdiyev, 1989-cu il təvəllüdlü Saday Yaqub oğlu Qəhrəmanov, 2002-ci il təvəllüdlü Ruslan Ramiz oğlu Novruzov hadisə yerində ölüblər. 2005-ci il təvəllüdlü İsmayıl Zaur oğlu Xəlilzadə və S.Cəfərov xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.


Araşdırmalar rayon polis şöbəsində aparılır.
Qeyd edək ki, ötən gün Ağdamda ölümlə nəticələnən avtomobil qəzası baş verib. (Oxu.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью