Ağdamda 63 yaşlı kişini MAŞIN VURDU

28.02.2025

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdamda piyadanın xəsarəti ilə nəticələnən yol qəzası baş verib.
Bizim.Media xəbər verir ki, rayonun Xındırıstan qəsəbəsi ərazisində yolu keçmək istəyən qəsəbə sakini 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlunu "Toyota" markalı avtomobil vurub.
Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью