Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ağdam, 6 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Ağdam rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədilə təşkil edilən aksiya zamanı rayon ərazisində ümumilikdə 8705 ədəd müxtəlif növ ağac və dekorativ kol bitkiləri əkilib. Ağac əkilən ərazidə abadlıq və təmizləmə işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib, onlara aqrotexniki qaydada qulluq göstərilib.
Müxbir – Tahir Ağaməmmədov