Ağdamda 9 milyon manata yeni məhəllə salınacaq

17.07.2025

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-135 üzrə binaların tikintisinə 9 milyon 160 min 52 manat vəsait ayırıb.

Gununsesi.info xəbər verir ki, tikinti işləri “As-Təmir Tikinti” MMC-yə həvalə olunub.

Müvafiq işlərin görülməsinə bu gündən başlanılıb, gələn ilin sentyabrına qədər bitməyi planlaşdırılır.

Qeyd edək ki, 100 manat nizamnamə kapitalı “As-Təmir Tikinti” MMC-nin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur. Şirkət Gəncə Aliminium zavodunun, Ələt layihəsinin, Göl Park yaşayış layihəsinin, Xanoba Gömrük Keçid məntəqəsi layihələrinin icrasını həyata keçirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью