Ağdamda altı nəfərin qidadan zəhərlənməsi iddiası ilə bağlı ARAŞDIRMALARA BAŞLANILDI

03.03.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağdam rayonunun Əfətli kəndində altı nəfərin qidadan zəhərləndiyi iddia edilir.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat Xidmətindən bildirilib ki, fakt üzrə araşdırmalara başlanıb.

Qeyd olunub ki, hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalar aparılır:

"Nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

Məhərrəm Əliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью