“Ağdamda atamın büstü qoyulacaq” Allahverdi Bağırovun qızı | Icma.az
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Yaxın vaxtlarda Ağdamda atamın büstü qoyulacaq.
Bununla bağlı dekabrın 24-də xüsusi nümayəndə Emin Hüseynovun qəbulunda olduq.
Daha sonra onun köməkçisi bizimlə əlaqə saxladı və bildirdi ki, yaxın zamanlarda büst Ağdama aparılacaq".
Bunu Musavat.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun qızı, Dövlət Sərhəd Xidmətinin (DSX) Tibb xidməti kapitanı Aynur Bağırova deyib.
"İmarət stadionuna atamın adının veriləcəyini deyirlər. Millət vəkili Aqil Abbas bizə bildirdi ki, belə bir təkliflə çıxış ediblər.
Ona görə də, büstün o istiqamətdə qoyulmasını arzulayırıq. Ümumilikdə isə bizim üçün ciddi fərq yoxdur, Ağdamın hər yeri atamı xatırladır, h
Yəqin ki, bunu Ağdamın planına uyğun edəcəklər", - deyə A.Bağırova bildirib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu