Icma.az bildirir, Marja.az portalına istinadən.
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Qarabağ iqtisadi rayonunda avtobus parkı ilə bağlı satınalma keçirib.
Marja.az satınalmaların vahid internet portalında dərc edilmiş məlumata istinadən xəbər verir ki, satınalmanın qalibi “UFC Mühəndislik” MMC olub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müqavilənin predmeti Qarabağ iqtisadi rayonunun Ağdam şəhərində avtobus parkının əsaslı tikinti işlərinin satın alınmasıdır.
Məlumata görə, müqavilənin məbləği 14 milyon 669 min 433 manat 64 qəpik təşkil edir.
Satınalma bir mənbədən satınalma metodu ilə həyata keçirilib. Müqavilə üzrə məlumatda dərc edilmə, başlanma və bitmə tarixləri 29 sentyabr 2026-cı il göstərilib.