Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

01.03.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağdam rayonunda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. SİA xəbər verir ki, hadisə rayonun Xındırıstan qəsəbəsi ərazisində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Həsənov Ələmdar Hamid oğlu yolu keçmək istəyərkən 21 yaşlı Elcan Şirəliyev idarə etdiyi "Prado" markalı avtomobillə onu vurub.

Yaralı Ə.Həsənov Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilən Ələmdar Həsənov təcili tibbi yardım avtomobili ilə Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Lakin həkimlərin səyinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью