Ağdamda avtomobillər toqquşdu Ölənlər və xəsarət alanlar var

01.05.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Moderator.az-ın məlumatına görə, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью