Ağdamda avtoxuliqanlıq edən şəxs həbs olunub

20.09.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağdamda avtoxuliqanlıq edərək video görüntülərini sosial şəbəkədə yayan şəxs həbs olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində "Vaz" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edərək görüntülərini sosial şəbəkələrdə yayan Vahid Abdullayev müəyyən edilərək saxlanılıb.

Nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilib. V.Abdullayev barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarına əsasən 20 gün müddətin inzibati qaydada həbs olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью