Ağdamda azad edilən ərazidə 5 ton narkotik bitki aşkarlanıb

19.06.2025

Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.

Ağdamda polis 5 ton yabanı çətənə kolu aşkarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində işğldan azad olunmuş Cinli və Xaçındərbənd kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 5 ton olan 3000-ə yaxın çətənə kolu yandırılaraq məhv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью