Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
Ağdamda əri tərəfindən baltalanan qadın Mingəçevir şəhərində yerləşən Regional Hospitala köçürülüb.
Globalinfo.az bildirir ki, Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında rayonun Mahrızlı kəndində əri tərəfindən balta ilə xəsarət yetirilən Gülzəndə Salahova hadisədən sonra Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi.
Ona qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilmişdi.