Ağdamda çoban həmyerlisini güllələdi Daha sonra özünə qəsd etdi

15.06.2026

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib.

Turkustan.az Report-a istinadla xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.

1975-ci il təvəllüdlü Rövşən Şirinov, həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Elşad Gözəlov isə sonradan özünə atəş açıb. O aldığı yaradan ölüb.

R.Şirinovun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью