Ağdamda dəbdəbəli yas məclisləri qadağan olunub

09.10.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Ağdamda dəbdəbəli yas məclislərinin ləğvinə dair qərar verilib.

Mia.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, rayon ərazisində yas məclislərinin yüngülləşdirilməsi məqsədilə mərasimin cəmi üç gün olması və isti yeməklər verilməməsi barədə razılığa gəlinib.

Xatırladaq ki, daha öncə Qusar, Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən, Bərdə rayonları, Mingəçevir şəhəri və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb(modern.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью