Ağdamda DƏHŞƏT: ata 2 yaşlı uşağını ölümcül döydü

27.08.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Ağdamda azyaşlı ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, rayonunun Xındırıstan kənd sakini 2023-cü il təvəllüdlü Rəhimov Vəli (ad şərti) ağır travmalarla Ağdam rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hazırda ölümcül halda olan körpənin valideyni tərəfindən döyüldüyü deyilir.

Əməli törətməkdə şübhəli bilinən, azyaşlının atası Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./APA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью