Ağdamda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlandı

31.01.2026

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdam rayonunda əri tərəfindən kəsici alətlə xəsarət yetirilən qadının vəziyyəti açıqlanıb.

Ağdam Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, bu gün saat 10 radələrində bir nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1975-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, başın və bədənin müxtəlif nahiyələrinin çapılmış, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən pasiyentin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью