Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağdam rayonunda bir ailənin su anbarında batan üç üzvünün adları məlum olub.
"Yeni Sabah" xəbər verir ki, hadisə nəticəsində rayonun Cinli kənd sakini 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları - 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərli batıblar.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri batan şəxslərin tapılması istiqamətində axtarış tədbirləri görürlər./Oxu.az Dördpendirli pizza