Ağdamda fəhlə bədbəxt hadisə nəticəsində ölüb

13.11.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Ağdamda fəhlə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə Ağdam şəhəri ərazisində qeydə alınıb. Tikinti sahəsində fəhlə kimi çalışan 2001-ci il təvəllüdlü Sabir Camili betonqarışdıran maşının altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью