Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ağdamda 25 yaşlı gənc traktorun aqreqatının altında qalaraq həyatını itirib.
Gununsesi.info xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2001-ci il təvəllüdlü Hikmət Sadiq oğlu Mahmudlu kənd təsərrüfatı işləri ilə məşğul olarkən traktora qoşulmuş torpaqüyüdən aqreqatın altında qalıb.
H. Mahmudlu aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.