Ağdamda göbələk yeyən kişi öldü FOTO

29.05.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.

Globalinfo.az Teleqraf-a istinadən bildirir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlu göbələk yedikdən sonra qəfil halı pisləşib.

O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью