Ağdamda insan skeletinə bənzər sümük fraqmentləri aşkar edilib

21.05.2025

Icma.az, Operativ MM portalına istinadən məlumatı açıqlayır.

Ağdamda növbəti dəfə sümük qalıqları aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sümük qalıqları işğaldan azad edilmiş Eyvazxanbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən aşkarlanıb.

Əraziyə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda dəqiqləşdirmə işləri aparılır.

Qeyd edək ki, Eyvazxanbəyli kəndi ərazisində aprel ayında da sümük qalıqları tapılmışdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью