Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ağdam rayonunda ailə-məişət zəminində ağır cinayət hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Ceyhun Ağali oğlu Salahov həyat yoldaşı Gülzəndə Abbas qızı Salohovaya balta ilə çoxsaylı xəsarətlər yetirib.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata əsasən, onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı